Sabunçu rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla bir nəfər piyada və digər avtomaşın vurulmuşdur
09.08.2012Avqustun 10-da saat 23.10 radələrində Sabunçu rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Səfyar Fərzəliyev və həmin yerin yaxınlığından keçən Ağarza Səlimovun idarə etdiyi "Mercedes Vito" markalı avtomaşın vurulmuşdur. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölmüş, "Mercedes Vito" markalı avtomaşına isə qismən ziyan dəymişdir.