Siyəzən rayon sakini A.İsayevə ölümcül xəsarət yetirmiş Xırdalan şəhər sakini Z.Məmmədquluyev tutulmuşdur
16.07.2012İyulun 14-də Abşeron rayonu Masazır qəsəbəsinin ərazisindən Siyəzən rayon sakini Azad İsayev döyülmə üçün xarakterik olan xəsarətlərlə xəstəxanaya gətirilmiş və iyul ayının 17-də orada ölmüşdür.
Faktla əlaqədar Abşeron rayon prokurorluğu tərəfindən cinayət işi başlanmışdır.
Aparılmış araşdırmalar zamanı iyul ayının 14-də A.İsayevin, tanışları, Xırdalan şəhər sakini Ziya Məmmədquluyev və Masazır qəsəbə sakini Ziya Seyfullayev ilə birgə Novxanı qəsəbəsindəki "Xəzri" yeməkxanasında olan zaman Z.Məmmədquliyevlə aralarında yaranmış münaqişə ilə əlaqədar onun tərəfindən yumruqla vurulduğundan huşunu itirməsi, bundan sonra onlar tərəfindən Masazır qəsəbəsindəki gölün yaxınlığına aparılaraq atılması müəyyən edilmişdir.
Z.Məmmədquliyev Masallı rayonun Hacıtəpə kəndinin ərazisində Masallı RPŞ-nin əməkdaşları tərəfindən tutulmuşdur.
İlkin yoxlama prokurorluq tərəfindən aparılır.