Sumqayıt şəhəri ərazisindəki "Ramiz" şadlıq evindən oğurluq etmiş iki şəhər sakini tutulmuşdur
16.07.2012Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Anar Əhmədovun icarəyə götürdüyü "Ramiz" şadlıq evindən pəncərədən girmək yolu ilə içərsində 2.500 manat olan seyfi və video görüntü üçün quraşdırılmış qurğunu oğurlamış Sumqayıt şəhər sakinləri Sahib Məlikov və əvvəllər məhkum olunmuş Turan Kərimov tutulmuşlar.