Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

İyulun 4-də E.Tosova məxsus kafedən oğurluq etmiş şəxslər tutulmuşlar

16.07.2012

Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 4-də Elvin Tosova məxsus kafedən qapını sındırmaq yolu ilə 165 manat pul oğurlamış rayon sakinləri Məhəmməd Zamanov, Hüseyn Məmmədov, Azər Abdullayev və Nazim Zəkəryəyev tutulmuşlar. M.Zamanov, H.Məmmədov, A.Abdullayev və N.Zəkəryəyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onların, iyul ayının 2-dən 10-dək olan müddət ərzində Balakən rayonunda rayon sakinləri Fikrət Alqayevə məxsus mağazadan kompyuter hissələri, Qəhrəman Şibilova məxsus mağazadan 120 manat pul,  Anar Yəhyayevə məxsus mağazadan isə danışıq kartları və kompyuter hissələri oğurlamaları da müəyyən edilmişdir.

16.07.2012 tarixinə olan kriminal məlumatlar