Astara rayonunun Lələkəpeştə kəndi ərazisində yol-nəqliyyat hadisəsi
16.07.2012İyulun 14-də saat 14.00 radələrində Astara rayonunun Lələkəpeştə kəndi ərazisində Vaqo kənd sakini Məhərrəm Məhərrəmovun idarə etdiyi "QAZel" markalı və Astara şəhər sakini Səbuhi Abdullayevin idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış S.Abdullayev və sərnişinləri, Vaqo kənd sakinləri İradə Quliyeva, Aidə Abdullayeva, Rəvanə Hüseynova və Allahverdi Hüseynov xəstəxanaya yerləşdirilmişlər. İ.Quliyeva orada ölmüşdür.
Astara RPŞ tərəfindən araşdırma aparılır.
Astara RPŞ tərəfindən araşdırma aparılır.