Qaradağ rayonu ərazisində iki nəfəri bıçaqla qətlə yetirmiş Sahil qəsəbə sakinləri Hüseyn və Yasin Seyidəliyevlər tutulmuşlar
16.06.2012İyunun 17-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki parkda, Sahil qəsəbə sakini Hüseyn Seyidəliyev və onun oğlu Yasin münaqişə zəminində Lökbatan qəsəbə sakinləri qohumları Mamed Nuriyevi və onun qardaşı Vəkili bıçaqla qətlə yetirmişlər. H.Seyidəliyev və Yasin Qaradağ RPİ 10-cu PB əməkdaşları tərəfindən tutulmuşlar.