Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Mayın 30-da R.Eyyubovu bıçaqla hədələyərək mobil telefonu və avtomaşınını almış şəxslər tutulmuşlar

16.06.2012

Abşeron RPŞ əməkdaşlarının həyata keçridikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 30-da Rafiq Eyyubovu bıçaqla hədələyərək ona məxsus mobil telefonu və "VAZ-21074" markalı avtomaşını almış Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş  Ziyad Fərzəliyev və əvvəllər məhkum olunmuş Qalib Novruzov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Müşfiq Hacıyevlə birgə Zahid Əzimovu hədələyərək 25 manat pulunu, mobil telefonunu və "AzSamand" markalı avtomaşınını, habelə iyunun 13-də Elçin Məmmədovu hədələyərək 15 manat pulunu, mobil telefonunu və "Mercedes" markalı avtomaşınını almaları da müəyyən edilmişdir.

16.06.2012 tarixinə olan kriminal məlumatlar