Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi
16.06.2012İyunun 17-də saat 04.25 radələrində Binəqədi rayonu ərazisində, Bakı şəhər sakinləri Vüsal Gözəlovun idarə etdiyi "Nissan" və Zaur Bəşirovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə Z.Bəşirovun sərnişini Ramil Əliyev hadisə yerində ölmüş, xəsarət almış V.Gözəlova və sərnişini Sənan Niftəliyevə isə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışlar.