Xaçmaz rayonunun Çarxı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
16.06.2012İyunun 17-də saat 18.00 radələrində Xaçmaz rayonunun Çarxı kəndi ərazisində, Kürdəmir şəhər sakini İntiqam Zeynalovun idarə etdiyi "Hyundai Sonata" və Şabran şəhər sakini Zamiq Babayevin idarə etdiyi "VAZ-21010" markalı avtomaşınlar toqquşmuş, sonradan "Hyundai Sonata" markalı avtomaşının sürücüsü idarəetməni itirdiyindən, onu qarşıdan gələn Sumqayıt şəhər sakini Vəliyəddin Əliyevin idarə etdiyi "QAZ-24" markalı avtomaşına çırpmışdır. Nəticədən V.Əliyev və sərnişinlərindən oğlu 4 yaşlı İsmayıl, habelə 40-45 yaşlı kişi hadisə yerində ölmüş, xəsarət almış digər sərnişinləri qızı 5 yaşlı Sara, arvadı Fəridə isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.