Göyçay rayonu ərazisindən S.Muxtarova məxsus avtomaşını qaçırmış N.Soltanov saxlanılmışdır
15.06.2012İyunun 16-da saat 17.00 radələrində Göyçay rayonunun 2-ci Ərəbcəbirli kəndi ərazisindən, rayon sakini Sadiq Muxtarova məxsus "VAZ-2106" markalı avtomaşın qaçırılmışdır. Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış kənd sakini, əvvəllər məhkum olunmuş Natiq Soltanov həmin gün avtomaşınla birgə saxlanılmışdır.