Şabran rayonunun Mollakamallı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
15.06.2012İyunun 17-də saat 05.00 radələrində Şabran rayonunun Mollakamallı kəndi ərazisində, Quba rayon sakini Cəfər Balakişiyevin idarə etdiyi "Mercedes" və Füzuli rayon sakini Elnur Muradovun idarə etdiyi "KamAZ" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə "Mercedes"in sürücüsü hadisə yerində ölmüşdür.