Masallı rayonunun Qəriblər kəndi ərazisində yol-nəqliyyat hadisəsi
15.06.2012İyunun 17-də saat 01.00 radələrində Masallı rayonunun Qəriblər kəndi ərazisində, Bakı şəhər sakini Xəyal Rzayevin idarə etdiyi "VAZ-2107", Yardımlı rayon sakini Namiq Əliyevin idarə etdiyi "VAZ-2107" və Masallı rayon sakini İmamyar Allahyarov idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə X.Rzayev və sərnişinlərindən Bağır Məmmədov, habelə, N.Əliyevin sərnişini İsgəndər Əliyev hadisə yerində ölmüş, xəsarət almış N.Əliyev və sərnişini Ədil Qocayev isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.