Şüvələn qəsəbəsi ərazisində avtomaşından mobil telefon oğurlamış İ.Məmmədov tutulmuşdur
15.06.2012Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 14-də Şüvələn qəsəbəsi ərazisində, şəhər sakini Ramil Qasımova məxsus "Kia" markalı avtomaşından 1 ədəd mobil telefon oğurlamış, əvvəllər məhkum olunmuş şəhər sakini İlkin Məmmədov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun iyunun 15-də Sahib Qasımova məxsus mobil telefonu oğurlaması da müəyyən edilmişdir.