Bakı şəhər sakini Cəlil Əlizadə barəsində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə ondan pul almış şəxslər saxlanılmışlar
15.05.2012Mayın 16-da Bakı şəhər sakini Cəlil Əlizadə Nərimanov RPİ 16-cı PB-yə müraciət edərək 2011-ci ilin noyabr və cari ilin fevral aylarında, Sumqayıt şəhər sakini Mais Məhərrəmov və Bakı şəhər sakini Pərviz Əhmədov barəsində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə ondan 5800 manat və 6400 avro pul almalarını bildirmişdir. Görülmüş tədbirlər nəticəsində mayın 16-da M.Məhərrəmov və P.Əhmədov eyni üsulla C.Əlizadədən 300 manat pul alarkən saxlanılmışlar.