Güllə yarası ilə xəstəxanaya gətirilmiş Yardımlı rayon sakini Nazqayıt Abbasova orada ölmüşdür
15.05.2012Mayın 16-da saat 14.00 radələrində Beyləqan rayonunun İmamverdilər kəndi ərazisində Rəşxan İmanova məxsus fermer təsərrüfatından Yardımlı rayon sakini Nazqayıt Abbasova güllə yarası ilə xəstəxanaya gətirilmiş və orada ölmüşdür. Araşdırmalar zamanı N.Abbasovanın ov tüfəngindən atəş açaraq özünə xəsarət yetirməsi müəyyən edilmişdir.