Astara şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
15.05.2012Mayın 16-da saat 22.00 radələrində Astara şəhəri ərazisində şəhər sakinləri Elnur Rzayevin idarə etdiyi "Opel Vektra" markalı və Rahim Kazımovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşdur. Sonradan E.Rzayev idarəetməni itirdiyindən yolun kənarında dayanmış şəhər sakinləri Ruslan Useynov və onun qızı 3 yaşlı Fidanı vurmuşdur. Nəticədə xəsarət almış hər 2 sürücü və E.Rzayevin sərnişinləri Rufan Hüseynov, Mustafa Əliyev, habelə R.Useynov və Fidan xəstəxanaya yerləşdirilmişlər. R.Kazımov orada ölmüş, digərlərinin vəziyyətləri isə qənaətbəxşdir.