İsmayıllı rayon sakini Elşən Qasımov evində qanunsuz futbol mərc oyunları təşkil etməsi ilə bağlı saxlanılmışdır
15.05.2012Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu ərazisindəki "Meşə" çay evində qanunsuz futbol mərc oyunları təşkil etmiş İsmayıllı rayon sakini Elşən Qasımov saxlanılmışdır. Çay evindən oyunlarda istifadə olunan kompyuterin prosessoru və 130 manat pul aşkar edilərək götürülmüşdür.