Bakının Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi
16.03.2012Martın 16-da saat 04.50 radələrində Bakının Nizami rayonu ərazisində şəhər sakini Firudin İsmayılov "Porsche Panomera" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən Hacıqabul rayon sakini Zaur Rüstəmovun idarə etdiyi "MAZ" markalı qoşqulu avtomaşına vurduqdan sonra "Porsche Panomera" markalı avtomaşında yanğın baş vermişdir. Nəticədə avtomaşının yanar konstruksiyaları, habelə F.İsmayılov və sərnişini Şərur rayon sakini Rəşad İbrahimov hadisə yerində ölmüşlər.