Nəsimi rayonu ərazisində avtomobil dayanacağındakı gözətçi otağında yanğın baş vermişdir
16.03.2012Martın 16-da saat 20.15 radələrində Nəsimi rayonunun 20 Yanvar küçəsi ev 29-un qarşısındakı avtomobil dayanacağındakı gözətçi otağında yanğın baş vermişdir. Nəticədə oranın yanar konstruksiyaları yanmış, gözətçi Balakən rayon sakini Vaqif Dibirov isə yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır.