Sumqayıt şəhərinin "Qurd dərəsi" adlandırılan bağlar sahəsində Rasim Nağıyevə məxsus evdə yanğın baş vermişdir
16.03.2012Martın 16-da saat 09.05 radələrində Sumqayıt şəhərinin "Qurd dərəsi" adlandırılan bağlar sahəsində Rasim Nağıyevə məxsus evdə yanğın baş vermişdir. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, yanğın söndürüldükdən sonra ev sahibinin yanmış meyiti aşkar edilmişdir.