Göygöl rayonunun Quşqara kəndi ərazisində yol-nəqliyyat hadisəsi
16.03.2012Martın 16-da saat 22.30 radələrində Göygöl rayonunun Quşqara kəndi ərazisində Gəncə şəhər sakini Orxan Bağırov "VAZ-2107" markalı avtomaşını idarə edərkən yolu keçən 35-40 yaşlı kişini vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş həmin kişi orada ölmüşdür.