Kürdəmir rayonunun Atakişili kəndi ərazisində yol-nəqliyyat hadisəsi
26.01.2012Yanvarın 26-da saat 14.00 radələrində Kürdəmir rayonunun Atakişili kəndi ərazisində Dəyirmanlı kənd sakini Mahir Mürsəlovun idarə etdiyi “VAZ-2107” və Goranboy rayon sakini Namiq Baxşəliyevin idarə etdiyi “KamAZ” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə M.Mürsəlov və sərnişini Ədibə Babayeva hadisə yerində ölmüş, xəsarət almış digər sərnişinləri - qızı Ayşən, Nazilə Mürsəlova və Güldanə Mürsəlova isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.