İsmayıllı şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
26.01.2012Yanvarın 26-da saat 21.30 radələrində İsmayıllı şəhəri ərazisində Tural Bədəlov “VAZ-21074” markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə sürücü hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri İlkin Səlimov, Səbuhi Umudov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.