Oğurluğa cəhdə görə tutulmuş Ağdam rayon sakini Q.Quliyevin zorlama faktı ilə bağlı axtarışda olması da müəyyən edilmişdir
26.01.2012Baş Mühafizə İdarəsi və Qaradağ RPİ əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 26-da Lökbatan qəsəbəsi ərazisindəki ticarət mərkəzində Bakı şəhər sakini Nağı Əliyevə məxsus mağazadan qızıl sırğa oğurlamağa cəhd göstərmiş Ağdam rayon sakini Qorxmaz Quliyev tutulmuş və onun Rusiya Federasiyasının CM-nin 131-ci maddəsi (zorlama) ilə axtarışda olması da müəyyən edilmişdir.