Yanvarın 15-də paytaxtın Atatürk prospektindəki mağazadan oğurluq etmiş Bakı şəhər sakini Y.Mustafayev tutulmuşdur
26.01.2012Binəqədi rayonu 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 15-də Atatürk prospektində Türkiyə vətəndaşı Abdulkadır Kandırmaza məxsus mağazadan geyim əşyası oğurlanmış Bakı şəhər sakini Yalçın Mustafayev tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun yanvarın 26-da şəhər sakini Elvin Zeynalova məxsus mağazadan da geyim əşyası oğurlaması müəyyən edilmişdir.