Xətai rayonu ərazisində sürücü avtomaşınla piyadanı vurub hadisə yerindən qaçarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır
26.01.2012Yanvarın 26-da Xətai rayonunun Sarayevo küçəsində Gəncə şəhər sakini Vüqar Süleymanov “VAZ-2107” markalı avtomaşını idarə edərkən Bakı şəhər sakini Ayət Bağırovu vurub hadisə yerindən qaçarkən Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və Xətai RPİ-yə təhvil verilmişdir.