Sabirabad rayonu ərazisində rayon sakini T.Həsənov avtomaşını idarə edərkən rayon sakinləri M.Vəliyevi və D.Soltanovu vurmuşdur
02.01.2012Yanvarın 2-də saat 21.00 radələrində Sabirabad rayonunun Cəngən kəndi ərazisində, rayon sakini Taleh Həsənov "VAZ-2107" markalı avtomaşını idarə edərkən kənd sakinləri Mübariz Vəliyevi və Damət Soltanovu vurmuşdur. Xəsarət almış sürücü və iki piyada xəstəxanaya yerləşdirilmiş, D.Soltanov orada ölmüş, digərlərinin vəziyyətləri isə orta-ağırdır.