Bərdə rayonu ərazisində rayon sakini Ə.Qaraşov avtomaşını idarə edərkən onu aşırmışdır
02.01.2012Yanvarın 2-də saat 23.00 radələrində Bərdə rayonunun Qaradırnaq kəndi ərazisində kənd sakini Əli Qaraşov "Moskviç" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sərnişinləri 8 yaşlı Zərqələm Bayramlı hadisə yerində ölmüş, Yeganə Bayramova isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.