Xətai rayonunun Nobel prospektində baş vermiş yanğın nəticəsində 1 nəfər ölmüşdür
02.01.2012Yanvarın 2-nə keçən gecə Xətai rayonunun Nobel prospektindəki avtoservisin həyətində gözətçi otağında yanğın baş vermişdir. Nəticədə otağın yanar konstruksiyaları və oradakı əşyalar yanmış, yanğın söndürüldükdən sonra gözətçi Salyan rayon sakini Fəxrədddin Babayevin yanmış meyiti tapılmışdır. Araşdırmalar aparılır.