"Neolit" şadlıq sarayında tüfəngdən atəş açmaqla iki nəfərin xəsarət almasına səbəb olmuş Bakı şəhər sakini Ş.Hüseynov tutulmuşdur
02.01.2012Yanvarın 2-də Bakının Nizami rayonu ərazisindəki "Neolit" şadlıq sarayında, şəhər sakini Şahin Hüseynov xuliqanlıq zəminində özü ilə gətirdiyi tüfəngdən açdığı atəşdən, Gəncə şəhər sakini Fəxrəddin Nağıyevin qolundan, habelə pəncərə şüşəsinin sınmasından şəhər sakini Ceyhun Babayev ayağından xəsarət almışlar. Sərxoş halda olan S.Hüseynov Nizami RPİ 25-ci PB əməkdaşları tərəfindən tutulmuş, ondan 1 ədəd ov tüfəngi götürülmüşdür.