Goranboy rayon sakini T.Abdullayevə qarşı quldurluq etmiş iki şəxsdən biri tutulmuşdur
02.01.20122011-ci ilin dekabr ayının 26-da Goranboy rayonu ərazisində 2 naməlum şəxs rayon sakini Telman Abdullayevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşına sərnişin qismində oturub Gəncə şəhərinə gedəcəklərini bildirmişlər. Gəncə şəhəri ərazisində onlar T.Abdullayevi bıçaqla hədələyərək, ondan 60 manat pul və qızıl üzüyünü almışlar. Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tərbirləri nəticəsində hadisəni törətmiş Gəncə şəhər sakini Fərrux Mehdiyev tutulmuş, Rəmzi Nağıyev isə müəyyən edilmişdir.