Xəzər rayonu ərazisində "VAZ-2106" və "KamAZ" markalı avtomaşınlar toqquşmuşdur
01.12.2011Dekabrın 1-də saat 21.00 radələrində Xəzər rayonu ərazisində Bakı şəhər sakini Telman Əliyevin idarə etdiyi "VAZ-2106" və Abşeron rayon sakini Əliağa Mərdanovun idarə etdiyi "KamAZ" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə "Jiquli"nin sürücüsü hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri Zərifə Novruzova və Günel Əliyeva isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.