Gəncə şəhəri ərazisində "VAZ-21074" və "Volvo" markalı avtomaşınlar toqquşmuşdur
01.12.2011Dekabrın 2-də saat 01.00 radələrində Gəncə şəhəri ərazisində, şəhər sakini Rüstəm Quliyevin idarə etdiyi "VAZ-21074" və Türkiyə vətəndaşı Zafer Pektaşın idarə etdiyi "Volvo" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə, R.Quliyev hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri Fəridə Əsgərova, Əsgər Süleymanov və İslam Əmirzadə isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.