Bakının Nizami rayonu ərazisində "VAZ-2107" və "Mercedes" markalı avtomaşınlar toqquşmuşdur
01.12.2011Dekabrın 1-də saat 23.30 radələrində Bakının Nizami rayonu ərazisində şəhər sakini Mənsur Babayevin idarə etdiyi "VAZ-2107" və Şabran rayon sakini Nuru Məmmədovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə M.Babayev hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri - arvadı Elza və oğlu 7 yaşlı Elgünə isə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışlar.