Goranboy rayon sakini A.Həbibovun evindən oğurluq etmiş Yevlax rayon sakini Ş.Bəkirov tutulmuşdur
01.12.2011Cari il oktyabrın 5-də, Goranboy rayonunun Safıkürd kənd sakini Arif Həbibovun evindən naməlum şəraitdə qızıl əşyaları oğurlanmışdır. Goranboy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Yevlax rayon sakini Şahin Bəkirov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun noyabrın 19-u Araz Əliyevin evindən 730 manat pul və qızıl əşyaları oğurlaması da müəyyən edilmişdir.