Sabunçu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
16.10.2011Oktyabrın 17-də saat 20.00 radələrində Sabunçu qəsəbəsi ərazisində şəhər sakinləri Məhəmməd Baxışovun idarə etdiyi "Shaolin" markalı xətt avtobusu ilə Vaqif Gülməmmədovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşdur. Nətiсədə V.Gülməmmədov və sərnişini Olqa Əlizadə hadisə yerində ölmüş, xəsarət almış M.Baxışov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.