Nəsimi rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi
16.10.2011Oktyabrın 17-də saat 07.07 radələrində Nəsimi rayonu ərazisində Bakı şəhər sakinləri İsmayıl Hüseynovun idarə etdiyi "Daewoo" markalı xətt avtobusu ilə Ramin Vəliyevin idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşdur. Nətiсədə R.Vəliyev və sərnişinləri Türkiyə vətəndaşları Berat Burhan, Sarı Əlihan və 25-30 yaşlı qadın hadisə yerində ölmüş, xəsarət almış digər sərnişinləri Əlidolu Ərdam və Əziz Türk xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.