Oğurluq etməkdə şübhəli bilinən Astara rayon sakini Şamil Quliyev tutulmuşdur
16.10.2011Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elina Bayının evindən 2000 dollar, Teymur Aslanovun evindən 80 manat və qızıl əşyaları, Məqsudə Məmmədovanın evindən 300 manat və 1 ədəd qızıl üzük və Bağır İsmayılovun evindən 150 manat və qızıl əşyaları oğurlamış Astara rayon sakini Şamil Quliyev tutulmuşdur.