Nəsimi rayonu ərazisində kafedə yanğın baş vermişdir
16.10.2011Oktyabrın 17-də saat 09.30 radələrində Nəsimi rayonu ərazisində şəhər sakini Faiq Sadıqova məxsus kafedə yanğın baş vermişdir. Nətiсədə kafenin yanar konstruksiyaları yanmış, oranın işçiləri Sumqayıt şəhər sakini Rüfət Məmmədov və Ağdaş rayon sakini Teymur Vahidov isə yanıq xəsarətləri aldıqlarından xəstəxanaya yerləşdirilmişlər. R.Məmmədov orada ölmüş, T.Vahidovun vəziyyəti isə orta-ağırdır.