Samux rayon sakini Qafar Əliyevə qayçı ilə xəsarət yetirmiş Azər İsgəndərov tutulmuşdur
01.09.2011Sentyabrın 2-də Kəpəz rayonu ərazisindəki maye-qaz yanacaqdoldurma məntəqəsində, şəhər sakini Azər İsgəndərov münaqişə zəminində Samux rayon sakini Qafar Əliyevə qayçı ilə xəsarət yetirmişdir. Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.İsgəndərov tutulmuşdur.