Ağcabədi rayonunun Şərəfxanlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
01.09.2011Sentyabrın 2-də saat 23.00 radələrində Ağcabədi rayonunun Şərəfxanlı kəndi ərazisində, Minəxorlu kənd sakini Şəmsəddin Qarayev "VAZ-2106" markalı avtomaşını idarə edərkən onu yolun kənarında dayanmış "ZiL-131" markalı avtomaşına vurmuşdur. Nəticədə xəsarət almış Ş.Qarayev və sərnişinləri Rahilə Qarayeva, Bəsti Qarayeva və az yaşlı Nurlan Mirzəyev xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.