Oğurluq etdiyinə görə tutulmuş Etibar Məmmədovun digər cinayət əməli də müəyyən edilmişdir
01.09.2011Oğurluq etdiyinə görə avqustun 28-də Samux RPŞ əməkdaşları tərəfindən tutulmuş Etibar Məmmədovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun 2007-ci ilin may ayının 10-da Firuzabad qəsəbəsi ərazisindən, Göygöl rayon ATS-nə məxsus telefon kabelinin 500 metrlik hissəsini kəsərək oğurlaması da müəyyən edilmişdir.