Elektrik naqillərini kəsərək oğurlamış, Pirallahı qəsəbə sakinləri Vahid Babayev, Azad Hüseynov, Emin İsmayılov və Adil Rzayev tutulmuşlar
01.09.2011Xəzər RPİ 3-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 2-nə keçən gecə Pirallahı qəsəbəsi ərazisində, qəsəbə sakinləri Üzeyir İbrahimov və Elşad Əliyevin evlərini elektrik enerjisi ilə təmin edən ümumilikdə 230 metr, habelə "Azneft" İB-nin "Abşeronneft" NQÇİ-nə məxsus buruqları elektrik enerjisi ilə təmin edən 900 metr uzunluğunda misdən hazırlanmış elektrik naqillərini kəsərək oğurlamış, qəsəbə sakinləri Vahid Babayev, Azad Hüseynov, əvvəllər məhkum olunmuş Emin İsmayılov və əvvəllər məhkum olunmuş Adil Rzayev tutulmuşlar.