Qobustan rayonu ərazisində "VAZ-21115", "Mercedes" və "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşdur
25.07.2011İyulun 26-da saat 10.00 radələrində Qobustan rayonunun Yekəxana kəndi ərazisində, Bakı şəhər sakinləri Ramil Muradovun idarə etdiyi "VAZ-21115" markalı, Etibar Əliyevin idarə etdiyi "Mercedes" markalı və Ağdaş rayon sakini Anar Məmmədovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış R.Muradov, habelə A.Məmmədov və sərnişini, Bakı şəhər sakini Sayad Aliyarova xəstəxanaya yerləşdirilmişlər. R.Muradov orada ölmüşdür.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.