Hacıqabulda elektrovozdan hissələrini sökərək oğurlamış bir qrup şəhər sakini tutulmuşdur
25.07.2011DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 24-də Hacıqabul Lokomotivləri Əvəzetmə Məntəqəsinin həyətindəki elektrovozdan hissələrini sökərək oğurlamış Hacıqabul şəhər sakinləri Rövşən Vəliyev, Habil Abbasov, Müşfiq Mansurov və Müzəffər Cəfərov tutulmuşlar.