Nəsimi rayon sakini N.Novruzovun evindən oğurluqda şübhəli bilinən İmişli rayon sakini S.Nəsirli tutulmuşdur
25.07.2011Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 26-da Nəsimi rayonu M.Əliyev küçəsində yaşayan Novruz Novruzovun evindən açıq qalmış qapıdan girmək yolu ilə 1 ədəd velosiped və içərisində 200 avro, 300 dollar, 200 manat pul və şəxsi sənədlər olan çantanı oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini Sərhəd Nəsirli tutulmuşdur.