Nərimanov rayonu Z.Bünyadov prospektindəki tikinti materialları mağazalarında yanğın baş vermişdir
25.07.2011İyulun 26-da saat 07.30 radələrində Nərimanov rayonu Z.Bünyadov prospekti 305-ci məhəllədə Sumqayıt şəhər sakini Səməd Vəliyevə məxsus, Bakı şəhər sakini Ələsgər Əsgərova məxsus və Biləsuvar rayon sakini Hüseyinağa Bədirliyə məxsus tikinti materialları mağazalarında yanğın baş vermişdir. Nəticədə bütövlükdə mağazaların yanar konstruksiyaları yanmış, xəsarət alan olmamışdır.