Gün ərzində 37 cinayət faktı qeydə alınmışdır
18.07.2006Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 37 cinayət faktı qeydə alınmışdır ki, onların da 33-ü "isti izlər"lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 7 nəfər ölmüş, 11 nəfər isə yaralanmışdır. Gün ərzində 10 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 2 nəfər ölmüşdür. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 43 nəfər tutulmuşdur.