Nizami rayonu Heydər Əliyev prospektində yol-qəza hadisəsi
18.07.2006Saat 23:45 radələrində, Nizami rayonu Heydər Əliyev prospektində, Cəbrayıl rayon sakini Cavid Dadaşzadənin idarə etdiyi "VAZ-2106" markalı və Bakı şəhər sakini Əbülfəz Mehdiyevin idarə etdiyi "Audi" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə C.Dadaşzadə hadisə yerində ölmüş, xəsarət almış Ə.Mehdiyev və bir sərnişin, Cəbrayıl rayon sakini Elmiraz Cəfərov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.