Muğanlı-İsmayıllı yolunun İsmayıllı rayonu ərazisində yol-qəza hadisəsi
18.07.2006Saat 20:30 radələrində, Muğanlı-İsmayıllı yolunun İsmayıllı rayonu ərazisində, Qəbələ rayon sakini Vəzir Ağayevin idarə etdiyi "Mercedes" markalı və Bakı şəhər sakini İntiqam Həsənovun idarə etdiyi «Ford» markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə İ.Həsənovun sərnişinləri, Bakı şəhər sakinləri Sevinc Həsənova hadisə yerində ölmüş, xəsarət almış Rafiq Abbasquluyev və Günel Deydiyeva isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.